Futbolçu Devid Bekhem və modelyer Viktoriyanın oğulları Bruklin hələ futbol ulduzu olmamış, dəb aləmində artıq özünü təsdiq edir.
15 yaşlı oğlan "Reserved" markasının yaz-yay kampaniyasını təqdim edib.
Şirkətin "Vulkan partlayışı" adlanan bu kampaniyasını aktiv həyat tərzi sürən insanlar üçün idman üslubunda geyimlər təşkil edir.
Bruklin Bekhem "Arsenal" futbol klubunun gənclər komandasında da artıq oynamağa başlayıb. Lakin gənc oğlan atasının peşəsiylə yanaşı, anasının da sahəsini mənimsəyə çalışır.
Xatırladaq ki, Bekhemin digər oğlu Romeo da "Burberry"nin reklam siması olmuşdu.