Mahmud Qurbanov yanıldı, Sadıqov isə .....

18:24 13 Yanvar 2015

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını düzgün təxmin edib. 

 

Sportarena.az xəbər verir ki, "Qızıl top" səsverməsində millimizin müdafiəçisi məhz Portuqaliya yığmasının və İspaniya "Real"ının ulduzu Kristiano Ronaldoya səs verib. O, ikinci yeri Almaniya yığmasının və "Bavariya"nın qapıçısı Manuel Noyerə, üçüncü yeri isə Hollandiya yığmasının və "Bavariya"nın yarımmüdafiəçisi Aryen Robbenə verib.

 

Milli komandamızın baş məşqçisi qismində səs verən Qurbanov ən yaxşı futbolçu nominasiyasında müvafiq olaraq Aryen Robben, Anxel di Mariya və Kriştianu Ronaldoya səs vermişdi.


Digər xəbərlər

Xəbər xətti