"Xəzər-Lənkəran"ın sabiq çalışdırıcısı Mirça Rednik "Bentley" ilə yeni iş yerinə gəldi və sürprizlə qarşılaşdı - FOTOLAR + VİDEO

01:35 14 Yanvar 2015

Xəbər verdiyimiz kimi “Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Mirça Rednik yaya qədər vətənində çalışacaq.

O Rumıniyanın “Petrolul” klubu ilə altı aylıq müqavilə imzalayıb. Rumıniya mətbuatıın yaydığı məlumata görə Rednik dünən ilk iş günündə yeni iş yerinə 200.000-avro dəyərində olan “Bentley” markalı maşını ilə gəlib ki, bu da Rumın jurnalistlərin diqqətindən yayınmayıb. 

Günün ikinci yarısında Mirça Rednik “Petrolul” klubu rəhbərliyi tərəfindən klubun azarkeşlərinə və futbol ictimaiyyətinə təqdim olunub.

Təqdimat mərasimində mediya nümayəndələrinin suallarını cavablandırdıqdan sonra Rednik yeni komandasını məşqə çıxarıb. 

Onun başçılığında “Petrolul”un ilk məşqini minlərlə azarkeş izləyib. Futbolsevərlər yeni baş məşqçiyə sürpriz etməyi də unutmayıblar.

Belə ki, tribunalar klubun himnini oxuduqdan sonra Rednikin qayıdışını “Petrolul” qurtuldu” şüarını səsləndirərək qeyd ediblər.

 

 


Digər xəbərlər

Xəbər xətti