"Barselona"nın yarımmüdafiəçisi Lionel Messi komandadan ayrılıb-ayrılmayacağı ilə bağlı suallardan bezdiyini bildirib.
Sportarena.az xəbər verir ki, ulduz futbolçu hər dəfə eyni suallara cavab verməkdən və hər sözünün altında məna axtarılmasından narahatdı:
"Nə desəm, olay olur. Bir gün "Nyuels Old Boyz"a dönüb-dönməyəcəyimlə bağlı sual veriləndə gələcəkdə nə olacağını bilmədiyimi söylədim. Hər sözümün altında gizli məna axtarmayın. Artıq hər sözümə izah verməkdən yoruldum".