Röya Avropa Oyunlarının ulduzu seçildi

20:46 13 Yanvar 2015

Azərbaycanda Avropa Oyunlarına hazırlıq tam sürətilə davam edir.

 

Sportarena.az xəbər verir ki, bunu Azərbaycanın istənilən sferasında rahat şəkildə görmək mümkündür. 

 

Bütün bunlarla yanaşı möhtəşəm tədbirə yerli ulduzlarımız da cəlb olunub. Məlum olub ki, yerli məşhurların bir neçəsi Avropa Oyunlarının ulduz səfiri kimi çıxış edəcəklər.

 

Onların sırasında Azərbaycana “Eurovision” qalibiyyəti qazandıran Eldar və Nigar cütlüyü, əməkdar artist Tünzalə Ağayeva, “Bakılı oğlanlar”dan Bəhram Bağırzadə, Tahir və Cabir İmanovlar, “Bu şəhərdə”nın simaları Coşqun Rəhimov və Rafael İsgəndərov, əməkdar artist Murad Dadaşov, müğənni Röya Ayxan və reper Miri Yusif, teleaparıcı İlkin Həsəninin də adı var.//tabloid.az


Digər xəbərlər

Xəbər xətti