Dünya Kuboku yarışlarının püşkatma mərasimi keçirilib - CANLI YAYIM + YENİLƏNİB

18:04 14 Yanvar 2015

Sərbəst, yunan-Roma və qadın güləşi üzrə Dünya Kuboku yarışlarının püşkatma mərasimi keçirilib. 

Püşkatma mərasimi yanvarın 14-də Bakı vaxtı ilə saat 17:00-da İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Muzeyində baş tutub. Ötən ilin Dünya çempionatında hər üç növ üzrə güləş yığmalarımız Dünya Kuboku yarışlarında iştirak haqqı qazanıb.
 

 

Yunan-Roma güləşi

      

Qadın güləşi

       

Sərbəst güləş

A qrupu

İran 
AZƏRBAYCAN
İsveç
Almaniya

 

Yaponiya
Polşa
ABŞ
AZƏRBAYCAN

 

Rusiya
Kuba
ABŞ
Monqolustan

B qrupu

Rusiya 
Macarıstan
Ermənistan
Türkiyə

 

Rusiya
Ukrayna
Monqolustan
İsveç

 

İran
Belarus
AZƏRBAYCAN
Türkiyə


Xatırladaq ki, yunan-Roma güləşi üzrə Dünya Kuboku fevralın 19-20-də İran İslam Respublikasının paytaxtı Tehranda, qadın güləşi üzrə Dünya Kuboku 7-8 martda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində və sərbəst güləş üzrə Dünya Kuboku yarışları isə, aprelin 11-12-də ABŞ-ın Los Anceles şəhərində baş tutacaq.  

 

 


Xəbər xətti