“Azərbaycandan təklif almışam”- Ukraynalı yarımmüdafiəçi

13:45 14 Yanvar 2015

“Çernomorets”lə yollarını ayıran İvan Bobko mətbuata maraqlı açıqlamalar verib.

 

Sportarena.az xəbər verir ki, o, “Qəbələ”də oynaya biləcəyinin deyib. 
 

 

Bobko Roman Qriqorçukun Azərbaycan klubunda olmasına görə belə bir ehtimal olduğunu bildirib: “Çernomorets” rəhbərliyinə və azarkeşlərinə təşəkkür edirəm. Bu komandada əla günlərim oldu. Onlara olan hörmətimi sözlə ifadə edə bilmərəm. Azərbaycandan,  təklif almağım düzdür. Roman Qriqorçukun “Qəbələ”də olması mənim də ora yolumun açır”.


Digər xəbərlər

Xəbər xətti