“Turan Tovuz”da YENİ BAŞ MƏŞQÇİ

20:47 14 Yanvar 2015

Futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda mübarizə aparan “Turan Tovuz” klubuna yeni baş məşqçi təyin olunub. 
 

Komanda rəhbərliyi türkiyəli mütəxəssis Səlahəddin Dərvəndlə razılıq əldə edib. Klubun bazasında baş məşqçinin təqdimatı olub. İmzalanacaq müqaviləyə görə, Dərvənd bu mövsümün sonunacan Turanda olacaq. Əgər fəaliyyəti qaneedici olsa, gələn mövsümdə də Tovuz klubuyla çalışacaq. 48 yaşlı mütəxəssisin son iş yeri isə Türkiyənin “Dənizlispor” klubu olub. Səlahəddin Dərvənd indiyə qədər 2 dəfə “Turan Tovuz”da fəaliyyət göstərib. 

O, ilk dəfə 2004-2006-cı illər ərzində klubda məşqçi vəzifəsində çalışıb. Ölkəmizə 3-cü dəfə təşrif buyuran mütəxəssis 2008-ci ildə Turanın baş məşqçisi olub. (qafqazinfo)


Digər xəbərlər

Xəbər xətti