Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın 6 yoxlama oyunu reallaşacaq.
Azərbaycan çempionu ilk sınaq matçına yanvarın 17-də çıxacaq və Xorvatiyanın "Split" klubu ilə qarşılaşacaq.
Artıq oyunun keçiriləcəyi məkan və başlama saatı dəqiqləşib. Bakı vaxtı ilə saat 17.00-da start götürəcək qarşılaşma Bələkdəki "Piapilyon" otelinə məxsus futbol meydançasında baş tutacaq.
Yanvarın 21-də baş tutacaq "Sürix"lə qarşılaşmanın da saatı və yeri müəyyənləşib. Bakı vaxtı ilə saat 17.30-da başlayacaq matç "Qarabağ"ın məskunlaşdığı "İC Santai" otelinin futbol meydançasında keçiriləcək
"Qarabağ"ın yoxlama oyunlarının proqramı belədi:
17 yanvar: Qarabağ - Split (Xorvatiya)
21 yanvar: Qarabağ - Sürix (İsveçrə)
24 yanvar: Qarabağ - Levski (Bolqarıstan)
27 yanvar: Qarabağ - Legiya (Polşa)
29 yanvar: Qarabağ - Mordoviya (Rusiya)
31 yanvar: Qarabağ - Tarqu Mureş (Ruminiya)