Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”ın sparrinq rəqiblərindən biri dəyişilib.
Cənub klubunun yanvarın 17-də “Erciyesspor”la qarşılaşacağı gözlənilsə də, bu görüş baş tutmayacaq.
Əvəzində “Xəzər Lənkəran” həmin gün Ukraynanın “Metallurq” (Zaporojye) klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, ilk yoxlama oyununda “Təkirdağspor”la 2:2 hesablı heç-heçə edən “Xəzər Lənkəran” ikinci görüşünü hazırda Almaniyanın “Kemnitser” klubuna qarşı keçirir. (apasport)