Azad Rəhimov : "Hazırda bütün idman qurğularında işlər cədvəl üzrə gedir"

17:18 15 Yanvar 2015

"Hazırda bütün idman qurğularında işlər cədvəl üzrə gedir".

 

Sportarena.az xəbər verir ki, bunu Gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov jurnalistlərin sualını cavablandırarkən deyib.

 

Onun sözlərinə görə, Azərbaycan Prezidenti Olimpiya stadionuna baxdıqdan sonra 90-93 faiz demək olar ki, qurtarıb: “Ətrafda işlər aparır. Avropa Parkında martın axırında işlər tamamlanacaq. Heç bir problem heç bir gecikmə yoxdur. Yəni, bu günə oyunlara qədər işləri tamalamağ problem yoxdur. Bizim əsas məqsədimiz fevral mart aylarında bütün işləri tamamlamaq və ilk testləri keçirməkdir”.

 

Azad Rəhimov həmçinin jurnalistin sözügedən Avropa Oyunlarına nə qədər büdcə xərcləndiyi sualını da cavablanıdırıb. O bildirib ki, Avropa Oyunlarında büdcə xərcləri bölünür: "Büdcə 950 milyon manata qədərdir, burda 350 milyon manata qədər pul xərclənib. Regionda yeganə böyük atıcılıq stendi qurulur və bu ayın əvvəlində bitir. Biz həmçinin Kristol Hollda 5 idman növünü orda qəbul eəcəyik. Eyni zamanda, Bakı- Ekspo Mərkəzində də biz idman növlərinə ev sahibliyi edəcəyik".


Digər xəbərlər

Xəbər xətti