Muarem "Qarabağ" azarkeşləri ilə vidalaşdı - "Sizi unutmayacam"

18:00 15 Yanvar 2015

"Qarabağ"ın makedoniyalı futbolçusu Muarem Muarem sabah Ağdam klubundan birdəfəlik ayrıla bilər.

 

Sportarena.az xəbər verir ki, Türkiyə mətbuatı 27 yaşlı yarımmüdafiəçinin sabah “Eskişəhərspor”la müqavilə imzalayacağını yazıb.

 

Muarem özü isə "Facebook"da “Qarabağ” azarkeşləri ilə vidalaşıb: “Həyatımın ən gözəl anlarından biri olan “Qarabağ”, qəlbimdə qalacaqsan. “Qarabağ” azarkeşləri, sizi unutmayacam. Bir gün yenə görüşəcəyik!”.


Digər xəbərlər

Xəbər xətti