Antalyada təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” Türkiyənin “Gənclərbirliyi” klubu ilə qarşılaşacaq.
Sportarena.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
Bildirilir ki, rumıniyalı qapıçı Kristian Belqradyenin oynadığı “Genclerbirliyi” klubu yoxlama oyunlarının birini “ağ-yaşıllar”a qarşı keçirəcək.
Lakin “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu saytımıza açıqlamasında bunu təkzib edib: “Yox, biz yanvarın 17-də 3-cü yoxlama görüşümüzü Ukraynanın “Metallurq” (Zporoje) klubuna qarşı keçirəcəyik. Ondan sonrakı rəqibimizin adı isə hələlik bəlli deyil. “Gənclərbirliyi” ilə qarşılaşacağımız həqiqətə uyğun deyil”.
“Qafqazinfo”