“Mançester Yunayted”in qapıçısı David De Xeanın sevgilisi Edurne Qarsiya Almaqro “Eurovision-2015” mahnı müsabiqəsində İspaniyanı təmsil edəcək.
Sportarena.az xəbər verir ki, “qırmızı şeytanlar”ın ispaniyalı qolkiperi sevgilisini müsabiqədə yaxından dəstəkləyəcəyini gizlətməyib:
“Bu masabiqədə ölkəmizi təmsil edəcək ondan güclü müğənni yoxdur. Onunla qürur duyuram və qarşıdakı müsabiqədə sevgilimə uğurlar arzulayıram. Sözsüz ki, mən və yaxınlarım birbaşa trubunadan dəstək verəcəyik”.