Hollandiyada səfərdə olan "Qarabağ"ın U-17 komandasının məşqçi-köməkçisi Cavad Mirzəbəylinin səhhətində problem yaranıb.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, onda ani ürək dayanması halı baş verib.
"Qarabağ" futbol klubunun təşəbbüsü ilə C.Mirzəbəyli Amsterdamın ən yaxşı ürək xəstəxanasına yerləşdirilib.Yüngül əməliyyatdan sonra vəziyyəti yaxşılaşan məşqçi hal-hazırda palataya yerləşdirilib.