Robert Prosineçki Vaqif Sadıqovla görüşdü

18:00 16 Yanvar 2015

Türkiyənin Antalya şəhərində səfərdə olan Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov arasında görüş keçirilib.

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşdə ölkə klublarının məşq prosesləri, yoxlama oyunları, milli komandaya namizəd futbolçular barədə fikir mübadiləsi aparılıb.


Xatırladaq ki, hər iki mütəxəssis Topaz Premyer Liqası klublarının təlim-məşq prosesini və yoxlama oyunlarını izləmək məqsədilə Türkiyədə səfərdədirlər.


Xəbər xətti