Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" klubu növbəti transferini gerçəkləşdirib.
Sportarena.az xəbər verir ki, "qırmızı-qaralar" bir müddətdir klubun düşərgəsində olan ukraynalı hücumçu Ruslan Fominlə münasibətləri rəsmiləşdirib.
28 yaşlı futbolçu mövsümün sonuna qədər “Qəbələ”də çıxış edəcək. O, yanvarın 14-də “Eskişehirspor”la keçirilən yoxlama oyununda “Qəbələ”nin heyətində debüt edib.
Qeyd edək ki, Fomin 2008/2009 mövsümündə Donetsk “Şaxtyor”unun heyətində UEFA kubokunu qazanıb. Onun son klubu “Çernomorets” olub.
Xatırladaq ki, bu, "Qəbələ"yə "Çernomorets"dən gələn üçüncü futbolçu olub. "Qəbələ" daha öncə Odessa təmsilçisindən Aleksey Qay və Dmitri Bezotosnını heyətinə cəlb edib. Qayla 1,5, Bezotosnı ilə 6 aylıq müqavilə imzalanıb. (apasport)