SON XƏBƏR - “Gilan" İngiltərənin məşhur futbol klubunu alır

02:18 17 Yanvar 2015

Azərbaycanın ən iri holdinqlərindən biri İngiltərənin məşhur futbol klubunu almaq üçün danışıqlar aparır. “Birmingham Mail” nəşrinin məlumatına görə, “Aston Villa”nı sahibi Rendi Lerner ötən il satışa çıxarıb. 

 

Klubun səhmlərinin bir hissəsinin mülkiyyətçisi, idman telekanalında aparıcı olan Conni Qould bildirib ki, “Aston Villa”nı almaq üçün neft və qazla zəngin olan Şərqi Avropa ölkələrindən birindən təklif var.

 

Nəşrin yazdığına görə, klubun Azərbaycandan olan şirkət tərəfindən alınmasına dair gizli sövdələşmə var. Conni Qould Azərbaycandan kimin klubu almaq istədiyini də açıqlayıb, bildirib ki, “Gilan Holding” adlı şirkət mümkün sövdələşməyə cəlb olunub.

 

Lakin bu, hələlik rəsmən təsdiqlənməyib və şaiyə olaraq qalır. Ötən ay “Aston Villa”nın amerikalı milyarder Mark Kubana satılacağı haqda şaiyələr yayılmışdı. “Aston Villa” 1874-cü ildə yaradılıb və İngiltərənin ən yaşlı, habelə ən titullu futbol klublarından biridir. 

 

“Gilan Holding” isə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın biznes strukturu hesab edilir. Virtualaz.org


Digər xəbərlər

Xəbər xətti