"Xəzər-Lənkəran" bolqar futbolçunu transfer edir ?

13:19 17 Yanvar 2015

Bolqarıstan yığmasının sabiq üzvü Boris Qalçev yerli mətbuatın gündəmindən düşmür.

 

Həmkarlarımız təcrübəli yarımmüdafiəçinin “Xəzər Lənkəran”a keçə biləcəyini növbəti dəfə yazıblar.

 

Xəbərdə “Xəzər Lənkəran”ın Qalçevə konkret təklif göndərdiyi və ondan cavab gözlədiyi qeyd edilir. Hazırda Sofiya MOİK-ində çıxış edən 31 yaşlı futbolçu özü də karyerasını Azərbaycanda davam etdirmək arzusundadı. Lakin klubu onu buraxmaq fikrində deyil. Bu üzdən də bolqarlar bu keçid üçün daha yüksək məbləğ tələb edirlər.

 

Qeyd edək ki, Boris Qalçev MOİK-ə ötən il “Botev”dən keçmişdi. O, karyerası ərzində bir dəfə (2012-ci ildə) Bolqarıstan yığmasının formasını geyinib.(apasport)


Digər xəbərlər

Xəbər xətti