“Mən həmin futbolçu ilə zarafat etmişdim, bunu isə Qurban Qurbanova başqa cür çatdırıblar" - AÇIQLAMA

14:27 17 Yanvar 2015

“Mən həmin futbolçu ilə zarafat etmişdim. Amma bunu görənlər ciddiyə aldılar”. 
 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Qarabağ”dan qovulan makedoniyalı məşqçi Borçe Xristov deyib. Ağdam klubunun koordinatoru və əvəzedici heyətinin baş məşqçisi kimi işləyən mütəxəssis 3 gün öncə komandadan ayrılmasına münasibət bildirib: “Mənim heç bir futbolçu ilə münasibətlərim pis olmayıb. Həmin gün də futbolçuya butulka vurmaqla onunla zarafat edirdim. Bunu isə baş məşqçi Qurban Qurbanova və rəhbərliyə başqa cür çatdırıblar. Nəticədə klubdan qovuldum”.

Xristov qalmaqallı məşqçi adlanmasına isə belə aydınlıq gətirib: “Mənə nə üçün bu sözü deyirlər onu anlamıram. Heç bir futbolçu ilə heç zaman konflikt yaşamamışam. Deyilənlər isə yalandır. Qalmaqallı bir insan deyiləm”.

Makedoniyalı məşqçi “Qarabağ”a təşəkkür də edib: “Onlara təşəkkür edirəm. Hər şey üçün sağ olsunlar”.


Digər xəbərlər

Xəbər xətti