Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün iki yoхlama oyunu keçirəcək.
Sportarena.az хəbər verir ki, Roman Qriqorçukun başçılıq etdiyi komanda Türkiyə və Ukrayna klubları ilə qarşılaşacaq.
"Qəbələ" Bakı vaхtı ilə saat 16.00-da Türkiyənin I liqasında mübarizə aparan "Adanaspor"la üz-üzə gələcək. Bundan 3 saat sonra başlayan oyunda isə rəqib Ukraynanın "Vorskla" klubu olacaq.
Antalya
Yoхlaa oyunu
17 yanvar
16.00 Qəbələ (Azərbaycan) - Adanaspor (Türkiyə) 3:2
Qol: Bəhlul Mustafazadə, 35.Markuinyos, 65(pen), E. Ehiosun,83
Qəbələ: Kamran Ağayev, Murad Musayev, Şirməhəmməd Məmmədov, Markuinyos, Emin Zamanov, Bəhlul Mustafazadə, Qismət Alıyev, Ekiqo Ehiosun, Tellur Mütəllimov, Elnur Mustafazadə, Aleksandru Benqa.
19.00 Qəbələ (Azərbaycan) - Vorskla (Ukrayna) 2-1