“Qarabağ”ın ürəyi dayanan məşqçisindən - YENİ XƏBƏR + FOTO

22:39 17 Yanvar 2015

“Qarabağ”ın 17 yaşlılardan ibarət komandasının köməkçi-məşqçisi Cavad Mirzəbəylinin Hollandiyada səfəri zamanı səhhətində problem yarandığını və əməliyyat keçirdiyini xəbər vermişdik. 
 

Həkim nəzarətində olan məşqçi bu gün özünə gəlib. Temperaturu normal həddə qayıdan Cavad bəyin səhhəti qənaətbəxşdi. Məşqçinin ətrafındakılarla ünsiyyət də qurması vəziyyətin yaxşı olmasının göstəricisidi.

Həkimlərin verdiyi rəyə əsasən, hər şey belə davam etsə sabah Mirzəbəylinin palataya köçürülməsi mümkündür.

 “Qafqazinfo”


Digər xəbərlər

Xəbər xətti