Arif Əsədov: "Yorğunluq hiss olunurdu" -FOTO + VİDEO

14:40 18 Yanvar 2015

“Neftçi”nin baş məşqçisi Arif Əsədov Antalyada təlim-məşq toplanışı çərçivəsində Türkiyənin “Ərciyəsspor” klubu ilə keçirilən yoxlama matçı (0:0) haqda fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, klubun rəsmi saytına danışan mütəxəssis görüş haqda bunları deyib:

 

"Bu rəqibimiz daha ciddi idi. Bu da bizim üçün əlavə bir stimuldur. Oyuna gəldikdə isə komanda özünü yaxşı tərəfdən göstərdi. Komanda birinci hissədə daha yaxşı oynadı. Müəyyən qədər yorğunluq hiss olunurdu. Amma hazırlığın sonuna kimi komanda heyət baxımından optimal vəziyyətdə olacaq".

 

 


Digər xəbərlər

Xəbər xətti