Millimizin baş məşqçisi ilə bağlı ŞOK İDDİA

13:12 19 Yanvar 2015

İngiltərənin KPR klubunun baş məşqçisi Harri Rednapp “Arsenal”ın polşalı qapıçısı Voyçez Şesninin siqaret çəkməsi haqqında yayılan xəbərlərə münasibət bildirib. 
 

Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o bildirib ki, bəzi futbolçular yaxşı oynasalar da, belə şeylərə meyillidirlər. 

Rednapp Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkidən də danışıb. 67 yaşlı mütəxəssis qeyd edib ki, bir neçə ilə öncə o, “Portusmut”da çalışarkən transfer etdiyi xorvatiyalı yarımmüdafiəçi, yəni Robert Prosineçki siqaret çəkirdi: 

“Mən “Portsmut”da işləyərkən transfer etdiyimiz xorvatiyalı yarımmüdafiəçi Robert Prosineçki çox güclü futbolçu idi. O, yeganə oyunçulardan idi ki, həm “Real”da, həm də “Barselona”da oynamışdı. Amma Prosineçki siqareti sevirdi və çəkirdi. Biz də yaxşı oyununa görə onun bu hərəkətlərinə göz yumurduq”.


Digər xəbərlər

Xəbər xətti