“Neftçi” Antalya təlim-məşq toplanışı çərçivəsində sabah üçüncü yoxlama oyununu keçirəcək.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, komandamız Çinin “Guizhou Rehne” klubu ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 19:00-da başlanacaq qarşılaşmadan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək və futbolçularımız oyuna qara sarğı ilə çıxacaq.