SON XƏBƏR - Millimizin baş məşqçisi "Qəbələ" və "Neftçi"nin futbolçularını toplanışa dəvət edəcək

13:30 19 Yanvar 2015

"Klubların əsas və əvəzedici komandaları ilə yanaşı, burada təlim-məşq toplanışında olan yığmalarımızın oyunlarını izləyirik. Bir neçə futbolçu müsbət mənada diqqətimizi çəkib və yığmada yeni adların olacağı istisna deyil".

 

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri Azərbaycan U-21 millisinin baş məşqçisi Yaşar Vahabzadə deyib.

 

O, “Qəbələ”nin yarımmüdafəçisi Tellur Mütəllibovu və “Neftçi”nin müdafiəçisi Rail Məmmədovu növbəti toplanışlarda U-21-in heyətinə cəlb etmək fikrində olduqlarını bildirib:

"Maraq dairəmizdə olan və adını çəkmək istəmədyim digər futbolçular isə hələ ki öz üzərlərində bir qədər də çalışmalıdırlar”.


Digər xəbərlər

Xəbər xətti