"Sevdiyim yoxdu, mən quş kimi müstəqiləm" - MÜSAHİBƏ

13:37 19 Yanvar 2015

Bakıda keçiriləcək Avropa Oyunlarında təmsil olunacaq idman növlərindən biri də qadın idman gimnastikasıdı. Qitənin ən güclü idmançıları arasında 6 cüt - komanda hesabı, şəxsi çoxnövçülük, fərdi finallar - tir üzərində, müxtəlif hündürlüklü qollarda, dayaqla tullanma və sərbəst hərəkətlər üzrə medallar uğrunda mübarizə gedəcək.

 

Gimnastımız Kristina Pravdina bu genişmiqyaslı idman tədbirində ölkəmizi təmsil etmək üçün namizədlərdən biridi. Gimnastika Federasiyasının mətbuat xidməti, gimnastın həyatı haqda maraqlı faktları, həmçinin Kristinanın yaxın gələcək üçün planlarını öyrəndi.  

 

- Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?

- Mənim idmançı ailəm var, uşaq vaxtı evdə mənimlə qalmağa heş kəs olmurdu. Buna görə də valideynlərim məni gimnastikaya yazdırdılar və indiyə qədər də idmanla məşğul oluram. Əvəllər zalda ətrafda qaçırdım, gimnastlara baxırdım. Daha sonra məşqçi məni gördü və məşq etməyi təklif etdi.

 

- Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?

- Düşünürəm ki, digər idman növlərində də uğurlu ola bilərdim. Mən yenilikləri tez qəbul edirəm, amma gördüyünüz kimi mən öz qərarımı dəyişmədim, çünki gimnastikanı sevirəm.

 

- Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?

- Əvvəllər emosiyalar var idi, indi böyük fasilədən sonra çıxış etmək elə də qorxulu deyil. Mən artıq bilirəm ki, bütün bunları etmişəm. Buna görə də emosiyalarımı idarə etməyi yaxşı bacarıram. Bunun xüsusi sirri yoxdu.

 

- Fikrincə hər hansı idman növündə vacib olan nədi?

- Əməksevərlilik. Əmək sərf edəcəksən, nəticə əldə edəcəksən.

 

- Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidi? Yoxsa bu idman növündən asılıdı?

- İdman növündən asılıdı. Hər idman növü özünə görə çətindi. Lakin, gimnastika ən çox da idman gimnastikası daha travmatikdi. Ancaq biz zədə almamaq üçün hər şeyi nəzarət altında saxlayırıq. Bizə uşaqlıqdan necə düşməyi öyrədirlər.

 

- İdmanda kumirin varmı?

- Əvvəllər Svetlana Xorkina idi, lakin indi Aliyə Mustafinadı, əsl döyüşçü. Mən onunla şəxsən tanışam, düşünürəm ki, bir çoxları Avropa Çempionatında onun necə zədə aldığının şahidi oldu. Ondan əlavə, Rumıniyalı Larisa Yordakenin uğurlarını izləyirəm, Amerikalı Simona Baylz isə hərəkətlərinin çətinliyi ilə sadəcə heytrətləndirir.

 

- Yaxın gələcək üçün idman planlarından danış bir az.

- Planda medal qazanmaqdı. Böyük platformaya çıxıb, hər kəsin simpatiyasını qazanmaq lazımdı. Bunun üçün işləmək, zəhmət çəkmək, proqramı çətinləşdirmək lazımdı. Bu il mənim ilk yarışım martda keçiriləcək Açıq Azərbaycan Çempionatı olacaq, sonra isə Dünya Kuboku mərhələləri başlayır. Daha sonra çox əhəmiyyətli olan Avropa Çempionatı və Avropa Oyunları olacaq. Vaxta az qalıb, ona görə də hər məşq ciddidi.

 

- Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?

- Mən düşünürəm ki, bu çox möhtəşəm tədbir olacaq, Yeniyetmə Olimpiya Oyunları kimi, bu haqda çox danışacaqlar. Buna görə də, Avropa Oyunları da diqqət mərkəzində olacaq. İki hərəkətdə  - müxtəlif hündürlüklü qollarda və tir üzərində yaxşı kombinasiya toplamaq lazımdı. Yaxşı perspektiv var. Yavaş-yavaş yükü genişləndirib, stabilləşdirmək lazımdı.

 

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?

- 5 il öncə zədə aldığım zaman düşünürdüm ki, bundan sonra nə edəcəm. Bir neçə yerdə işləməyi sınamışdım. Lakin, yenə də gimnastikada qaldım. Bu sahədə mən professionalam, elə bu sahədə də qalıb məşqçi kimi öz idmançı nəslimi, öz çempionalarımı yetişdirmək istəyirəm.

 

- İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?

- Niyə də yox?! Əgər sən onları bilrəşdirə bilməsən uçuruma gedəcəksən. Bütün bunları birləşdirmək lazımdı, əvvəllər bunu mənə təhsillə bağlı deyirdilər. Təhsillə çox çətin idi. Çünki, oxumaq da insanın qüvvəsini alır. Adı həyatla daha asandı. Digərlərində olduğu vaxtın çox olmaya bilər, lakin yetəri qədərdi.

 

- Öz ailən haqda danış bir az.

- Mənim anam idman gimnastikası və akrobatika üzrə idman ustasıdı, həmçinin beynəlxlaq dərəcəli hakimdi. Atam da keçmiş gimnastdı. Adi idmançı ailəsiyik.

 

- Sevdiyin şəxs varmı?

- Xeyr, mən quş kimi müstəqiləm (gülür).

 

- Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?

- Mən bunu görmürəm, mənim proqramım və mən varam. Ətrafda baş verənləri görmürəm. Sərbəst hərkətlərdə və dayaqla tullanma həkətlərində adətən azarkeşlərdən daha çox emosiya olur.

 

- Onlara nə demək istərdin?

Onlara məni dəstəklədikləri və bu dəstəyi davam etdirdikləri üçün təşəkkür edirəm. Uğurlar hər birinə.

 

agf.az


Digər xəbərlər

Xəbər xətti