"Xəzər Lənkəran" dəniz kənarında məşq etdi - FOTOLAR

17:28 19 Yanvar 2015

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" hazırlığını davam etdirir.

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, "Metallurq"la yoxlama görüşündən sonra 1 gün istirahət edən təmsilçimiz bugün məşqlərini bərpa edib.

Günün ilk məşqini dəniz kənarında reallaşdıran baş məşqçi Elbrus Məmmədov günün ikinci hazırlığını meydançada təşkil edəcək.

Hazırda komanda üzvlərindən mərkəz müdafiəçisi Rasim Ramaldanov zədədən əziyyət çəkir. Bakıda müalicə alan oyunçunun düşərgəyə nə vaxt qoşulacağı bəlli deyil.


Digər xəbərlər

Xəbər xətti