"Qarabağ" məşqlərini bərpa etdi - FOTOLAR

17:45 19 Yanvar 2015

Antalyada təlim-məşq toplanışına davam edən "Qarabağ" yenidən məşqlərə başlayıb.

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, komanda bir günlük fasilədən sonra məşqləri bərpa edib. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov dünən futbolçulara istirahət imkanı yaratmışdı.

"Qarabağ"ın səhər  məşqi  90 dəqiqə davam edib. Məşq fiziki yüklənmələr üzərində baş tutub. Futbolçular meydan boyu qurulmuş maneələri dəf edərək qapıya zərbələr üzərində çalışıblar. Bir neçə təkrarla baş tutan hərəkətlərlə səhər məşqi başa çatıb.

Məşqdə Çumbinyodan başqa, bütün futbolçular iştirak ediblər. Braziliyalı oyunçu trenajor zalında xüsusi proqramla məşq edib.

Qeyd edək ki, komandanın bu gün üçün planlaşdırılan 2-ci məşqi Bakı vaxtı ilə 19:00-a təyin olunub.


Digər xəbərlər

Xəbər xətti