Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Antalyada olan klublarımızın təlim-məşq hazırlıqlarını izləyir. Baş məşqçimiz xorvatiyalı jurnalistlərin suallarını cavablandırıb:
"Azərbaycanın 6 komandası Antalyada təlim-məşq toplanışındadı. Ən böyük klublar "Qarabağ” və "Neftçi”sayılır. Bir neçə gündü Antalyada milliyə namizəd oyunçuları izləyirəm. Bundan əlavə, aşağı yaş qrupları üzrə milliləri də diqqətdə saxlayıram. Fevralda 6 günlük toplanışımız olacaq. Çox vaxtımız yoxdu. Martın 28-də bizi Malta ilə seçmə mərhələnin oyunu gözləyir. Həmin matçdan yaxşı nəticə ilə ayrılmalıyıq. Azərbaycan millisinin böyük potensialı var. Xüsusilə aşağı yaş qrupları üzrə yığmalarda bunu asanlıqla sezmək olur. İş hər yerdə işdi. Buna görə də, Azərbaycanda çalışdığımı böyütmək lazım deyil. İndiki vəziyyətdə əsas vəzifəmiz bu seçmə mərhələnin növbəti oyunlarından yaxşı nəticə ilə ayrılmaqdı. DÇ-2018-nin təsnifat mərhələsində isə qrupun ən yaxşılarından olmağa çalışacağıq”.
"Azərbaycan yığması yaxın zamanlarda qitə və dünya çempionatlarının final mərhələsinə vəsiqə əldə edə biləcəkmi?” sualına xorvatiyalı mütəxəssis belə cavab verib: "Biz böyük işlər görmək istəyirik. Azərbaycanda istedadlı gənc futbolçular var. Amma çox iş görmək lazımdı. Gəlişimdən sonra hər şeyin əla olacağını deyə bilmərəm. Lakin ən pis halda, daha yaxşı oyun göstərməyə çalışacağıq. Azərbaycan haqda təəssüratlarım əladı. İdmana böyük investisiyalar qoyulur, xüsusilə də futbola. İnfrastruktur da yaxşı vəziyyətdədi. Bütün bu imkanların qarşılığında elə futbolçu nəsli yetişdirmək lazımdı ki, böyük turnirlərə vəsiqə qazanmaq üçün oynasın”.