Təlim məşq məqsədilə Antalyada olan "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası bu gün sözügedən bölgədə üçüncü - sonuncu sınaq oyununu keçirib.
Sportarena.az klubun rəsmi sayıtna istinadən xəbər verir ki, daha öncə yerli "Antalyaspor" U-15 (0:2) və "Kunduspor" U-17 (2:2) ilə qarşılaşan təmsilçimiz bu dəfə "Laraspor"un U-15 komandası ilə üz-üzə gəlib.
Matç "qırmızı-qaralar"ın 6:0-lıq qələbəsi ilə yekunlaşıb. Təmsilçimizin heyətində Kamran Quliyev (4) və Məhəmməd Abbaslı (2) fərqlənib.
Bu matç ilə Antalyadakı təlim-məşq toplanışını yekunlaşdıran U-15 komandamız sabah səhər səhər saatlarında vətənə dönəcək.