"Xəzər Lənkəran"ın kapitanı : "Ola bilsin bu il hədəfimizə çatmadıq" - AÇIQLAMA

19:35 20 Yanvar 2015

"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev hazırlığın gedişi ilə bağlı açıqlama verib.

 

Əmurquliyev avrokuboklar uğurunda mübarizə aparacaqlarını bildirib: "Hazırlığımız yüksək səviyyədə gedir. Bildiyiniz kimi, hazırda düşərgəmizdə yer alan futbolçuların çoxu gəncdir. Hansı ki, onlar əvəzedici komandadan əsas komandaya cəlb olunublar. Rəhbərliyi də başa düşürəm. Çünki bizim yaxşı komandamız var idi, amma yaxşı nəticəmiz yox idi. Buna görə də rəhbərlik nəticədən razı deyildi. Heyətimizin gəncləşməsinə baxmayaraq, biz yenə də avrokuboklara vəsiüqə uğurunda mübarizə aparacağıq. Qarşımıza qoyduğumuz minimum hədəf budur. Ola bilsin bu il hədəfimizə çatmadıq. Amma söz verirəm ki, növbəti mövsüm həm komandamız, həm göstərdiyimiz oyun, həm də nəticələrimiz yaxşı olacaq". (rekord)


Digər xəbərlər

Xəbər xətti