Cənubi Kipr futbolunda qalmaqallar səngimək bilmir.
Sportarena.az xəbər verir ki, ötən tur AEL - APOEL matçında baş verən hadisədən sonra bu dəfə daha böyük insident yaşanıb.
"Apollon" - "Otellos" oyununda baş hakimin idarəçiliyindən narazı qalan fanatlar referinin evinə səs bombası atıblar. Xoşbəxtlikdən hakimin evdə olan anası hadisədən xəsarətsiz qurtula bilib. Partlayış zamanı o, yuxarı mərtəbədə olub.
Qeyd edək ki, baş verənlərə etiraz əlaməti olaraq Hakimlər Komitəsi növbəti turun oyunlarına hakim verməyəcəklərini açıqlayıblar.