"Qəbələ" Almaniya klubu ilə sülh bağladı

21:03 20 Yanvar 2015

"Qəbələ”nin əvəzedici komandası Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında ikinci yoxlama oyununu keçirib

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İlk sınağında Qazaxıstanın "Tobol” klubunun əvəzediciləri ilə üz-üzə gələn (0:2) Luis Araqonun komandası bu dəfə Almaniya 5-ci divizionunda mübarizə aparan "Freyberq"lə qarşılaşıb. Matç 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Təmsilçimiz oyuna qara sarğı ilə çıxıb.

 

Qarşılaşmada daha üstün olan "Qəbələ" ikinci hissənin əvvəlində - 50-ci dəqiqədə Ehtiram Şahverdiyevin qolu iıə hesabi açsa da, qələbəni qoruya bilməyib. Rəqib 70-ci dəqiqədə status kvonu bərpa edib. Bu matçda vurulan son qol olub və əvəzedicilər Antalyadakı ikinci sınaqdan heç-heçə ilə ayrılıblar.


Digər xəbərlər

Xəbər xətti