“Xəzər Lənkəran” klubunun ən sadiq legioner futbolçusu olan Adrian Skarlatake ürəkdən bağlandığı “ağ-yaşıl” rənglərdən ayrılmaq istəmir.
Son məlumata görə Skarla dünən Lənkəran şəhərində yerləşən “Qala” otelində görünüb. Belə bir məlumat ilk olaraq azarkeşlərimiz tərəfdən gəlsə də sonradan onun ölkəmizdə olması ilə bağlı informasiya digər mənbələrdən də öz təsdiqini tapıb. Futbolçu ilə klub arasında gedən danışıqların hələ də açıq qaldığı deyilir. Əlavə edək ki, vətənində iki klubdan Skarlatakeyə təklif göndərilsə də o daha aşağı məbləğdə məhz “Xəzər Lənkəran”da top qovmağa üstünlük verdiyini dilə gətirib. Rumın mətbuatına açıqlamasında “mənim o azarkeşlərə uğur borcum var” deyən futbolçu ən azından 2010/11 mövsümündəki uğuru təkrarlayaraq “Xəzər Lənkəran” azarkeşlərinə olan mənəvi borcu ödəyəndən sonra klubdan ayrılmağın mümkünlüyünü bildirib.
12cioyuncu.info