"Xəzər-Lənkəran"dan ayrılan futbolçu İran klubu ilə anlaşdı

12:54 21 Yanvar 2015

“Xəzər Lənkəran”dan ayrılan braziliyalı yarımmüdafiəçi Fernando Qabriel özünə yeni klub tapıb.

Sportarena.az xəbər verir ki, 26 yaşlı futbolçu İran çempionatında oynayan “Persepolis” klubu ilə müqavilə imzalayıb. O, artıq yeni komandasının məşqlərinə də qatılıb. 

Qeyd edək ki, Fernando Gabriel “Xəzər Lənkəran”da oynadığı  müddətdə 12 oyunda meydana çıxıb və 3 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti