Məşqçilər Komitəsinin üzvləri Antalyada təlim-məşq toplanışında olan “Anji” klubunun düşərgəsini ziyarət ediblər.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssislərimiz Mahaçqala təmsilçisinin baş məşqçisi Sergey Taşuyevlə görüşüblər.
Görüş zamanı Rusiya və Azərbaycan futbolunun hazırkı vəziyyəti, həmçinin çempionatlardakı legioner limiti məsələsi müzakirə olunub. Sergey Taşuyev öz açıqlamasında bunları qeyd edib: "Azərbaycanlı həmkarlarımıza Rusiyada futbolun inkişafına dair klubumuzun məşqçilər korpusunun düşüncələri maraqlı idi. Onlar bəzi nüansları öyrənməyə çalışdılar ki, lazım gələrsə, bunu öz ölkələrində tətbiq etsinlər."
Qeyd edək ki, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov 1999 və 2011-ci illərdə “Anji”də çalışıb.