SON XƏBƏR - Türkiyə klubu Mahir Şükürovun borcunu ödədi

16:05 21 Yanvar 2015

Türkiyənin “Karşıyaka” klubu millimizin üzvü Mahir Şükürovun borcunu ödəyib. 

Bu barədə klub prezidenti Fatih Deniz məlumat verib.

5 ayın maaşını ala bilməyən Şükürov FİFA-ya şikayət etmişdi. Yanvarın 19-dək 55 min dollar ödənilməsəydi, 33 yaşlı futbolçu azad agent statusu alacaqdı. Lakin Mahiri əldən buraxmaq istəməyən "Karşıyaka" rəhbərliyi dərhal əl-ayağa düşüb və təyin olunan vaxta kimi onun borcunu ödəyə bilib. Şükürovla yanaşı, FİFA-ya şikayət edən digər oyunçu Juninyonun da maaşları verilib.

Qeyd edək ki, PTT I Liqa təmsilçisi analoji problem üzündən Berkan Emir və Çikeluba Ofoedunun gedişinə əngəl ola bilməmişdi.


Digər xəbərlər

Xəbər xətti