FIFA təlimatçısı Aleksey Spirin Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan azərbaycanlı hakimlərin düşərgəsinə təşrif buyurub.
Sportarena.az xəbər verir ki, təlimatçı hakimlərin nəzəri məşğələlərində iştirak edir.
Öz təcrübəsini hakimlərimizlə bölüşən məsul şəxs son yeniliklər barədə məlumat verir. Spirin yanvarın 25-dək Antalya şəhərində olacaq.