Dünən Antalyada "Qarabağ"la qarşılaşan "Sürix"in baş məşqçisi Urs Mayer oyunla bağlı fikirlərini açıqlayıb.
Sportarena.az xəbər verir ki, mütəxəssis oyun ərzində Ağdam klubuna şans vermədiklərini bildirib:
"Çox sürətli oyun oldu. Müdafiədə yaxşı oynayıb, "Qarabağ"a qol şansları yaratmağa imkan vermədik. Mark Şonbaxerin qolu fantastik alındı. İkinci hissədə isə biz daha fəal idik".
Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb.