"Bakı"dan qaçan Yure Travnerin yeni iş yeri rəsmən müəyyənləşib. Sloveniyalı futbolçu İngiltərənin "Ridinq" klubu ilə müqavilə imzalayıb.
Bu barədə İngiltərə təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 29 yaşlı müdafiəçi ilə mövsüm sonunadək müqavilə imzalanıb.