Mehman Allahverdiyev : "Kəpəz"də maliyyə problemi yoxdur" - RƏSMİ AÇIQLAMA

01:22 23 Yanvar 2015

I Divizion klubu "Kəpəz"də ciddi maliyyə problemlərinin olması barədə xəbərlər yayılıb.Hətta 3 futbolçunun komandanı tərk etdiyi də yayılan xəbərlər sırasındadır.

"Kəpəz" klubunun prezidenti Mehman Allahverdiyev məsələ ilə bağlı Sportarena.az saytına açıqlama verdi və komandada maliyyə probleminin yaşanmadığını vurğuladı :

"Klubda hər hansı bir maliyyə problemi yoxdur. Yaxın günlərdə komanda mövsümün ikinci dövrəsinin hazırlıqlarına da başlayacaq".


Digər xəbərlər

Xəbər xətti