Antalyada təlim-məşq toplanışında olan "Neftçi" bugün növbəti yoxlama oyununu keçirəcək.
Sportarena.az xəbər verir ki, "ağ-qaralar" Rumıniya "Petrolul"u ilə qarşılaşacaq. Mirça Rednikin rəhbərlik etdiyi klubla oyun 18:00-da başlayacaq.
Qeyd edək ki, "Neftçi" bundan öncə Səudiyyə Ərəbistanının "Hajer" (3:1), Türkiyənin "Kayseri Ərciyəsspor" (0:0) və "Elazığspor" (0:1), eləcə də Ukraynanın "Volın" (4:3) klubları ilə qarşılaşmışdı.
Yoxlama oyunu
23 yanvar
"Neftçi" - "Petrolul" 1-0