“Xəzər Lənkəran”da qaldığım doğrudur. Hazırda əvəzedici heyətlə məşq edirəm”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında rumıniyalı müdafiəçi Adrian Skarlatake deyib.
O, yenidən “Xəzər Lənkəran”da oynayacağı ilə bağlı bunları deyib: “Mən bundan öncə də demişdim ki, bu komandadan ayrılmaq istəmirəm. Çünki “Xəzər Lənkəran” və azarkeşləri mənim üçün doğmadır. Cənub klubu ilə 2016-cı ilin yayına qədər müqaviləm var. Ümid edirəm ki, ən azı müqavilənin sonuna qədər komandada qalacam. Hazırda ikinci heyətdəyəm. Böyük ehtimalla əsas heyət Bakıya qayıdandan sonra onlara qoşulacam. Yenə deyirəm ki, “Xəzər Lənkəran”da olmaqdan qüruru duyuram”.
Skarlatake “İnter”dən təklif aldığını da təsdiqləyib: “Bəli, “İnter”dən təklif almışdım. Amma bu barədə danışmaq istəmirəm. Doğma komandamda oynayacağam və indi ancaq öz uğurlarımızı düşünürəm. Ümid edirəm ki, hər şey bizim üçün yaxşı olacaq”.