I Divizionun ən imkanlı klubunun "Zirə" olması ilə bağlı dəfələrlə məlumat vermişdik. Təsadüfi deyil ki, heç Premyer Liqa klublarının 5-6 sponsoru yoxdur. Elə növbəti mövsümdən "Zirə"nin elitada oynayacağına dair məlumatlar da bu səbəbdən yayılır.
Deyilənlərə görə, növbəti mövsümdən etibarən "Zirə" Premyer Liqada "Bakı"nı əvəzləyə bilər. Çünki bu gedişlə gələn mövsüm "zolaqlılar"ın elitda oynayacağı inandırıcı deyil. Çünki maddi vəziyyət çox ağırdı. Təsadüfi deyil ki, hətta klubun icraçı direktoru Yaşar Seyidov da bu yaxınlarda ölkə mətbuatına verdiyi müsahibəsində etiraf edib ki, vəziyyət düzəlməsə "Bakı" gələn mövsüm Premyer Liqada çıxış etməyəcək. Bunun fonunda isə I Divizionun ən varlı klubunun elitaya yolu açılacaq. Sponsor var, pul var. Qalan şey düzələndi. Heyət qurmaq da, lisenziya almaq da, yaxşı futbolçu transfer etmək də. (rekord)