"Göyəzən"in ağır durumda olmasından bir-neçə dəfə yazmışıq. Son dəfə klub rəhbərliyi yardım üçün Qazax rayon İcra Hakimiyyətinə də məktubla müraciət etmişdi.
Rayon rəhbərliyi klub rəhbərliyinin xahişini geri çevirib.Bir sözlə, komandaya deyilib ki, icra hakimiyyətinin klub saxlamağa vəsaiti yoxdur. İndi "Göyəzən" rəhbərliyinin tək ümidi "Turanbank"ın cüzi maliyyəsinə və AFFA rəhbərliyinə ünvanlanacaq müraciətədir. (rekord.az)