"İnter" klubu səs-küylü transferə hazırlaşır.
Sportarena.az xəbər verir ki, "bankirlər" hücum xəttindəki boşluğu İtaliya A seriyasında çıxış edən futbolçu ilə doldura bilərlər. Belə ki, paytaxt klubu "Çezena"nın forvardı Milan Curiçi sərəncamında görmək istəyir. İtaliya mətbuatının iddiasına görə, "İnter" artıq qarşı tərəfə rəsmi təklif göndərib.