Azərbaycan - Malta oyununun yeri və vaxtı açıqlandı

17:00 24 Yanvar 2015

"Avro-2016"nın seçmə mərhələsində martın 28-də Azərbaycan və Malta milli komandaları arasında qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, bu məlumatı AFFA-nın rəsmi saytı yayıb.

 

Qeyd edək ki, bu oyunun əvvəlcə “Bakcell Arena”da keçirilməsi nəzərdə tutulmuşdu. Lakin eyni gündə Bakıda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund qarşılaşmaları da keçiriləcəyi nəzərə alınaraq, AFFA millinin oyununun digər stadionda təşkili ilə bağlı UEFA-ya müraciət ünvanlayıb. Artıq Avropa futbol qurumu bu müraciəti müsbət cavablandırıb.


Digər xəbərlər

Xəbər xətti