"Xəzər Lənkəran" məni çağırsa, yüz faiz bu komandaya kömək etməyə gələrəm" - MÜSAHİBƏ

23:08 25 Yanvar 2015

 "Xəzər Lənkəran"ın sabiq müdafiəçisi, hazırda Rumıniyanın "Universitatya" klubunda çıxış edən Kosmin Frasineskunun müsahibəsi

- "Xəzər Lənkəran"la yoxlama oyunu barədə nə deyə bilərsiniz?
- Baş məşqçinin çoxlu oyunçunu sınaqdan keçirməsinə baxmayaraq, oyun yaxşı alındı. 3:0 hesablı qələbə qazanmağımız da bizim düzgün yolda olduğumuzun göstəricisidir.

- Razısınız ki, "Xəzər Lənkəran" birinci hissədə daha yaxşı təsir bağışlayırdı?
- Hə. Özü də yaxşı qol vəziyyətləri yaradırdılar.

- Nəticə, sizin üçün nə dərəcədə əhəmiyyətli idi?
- Bu, bir yoxlama oyunu idi. Belə oyunlarda isə nəticə önəmli olmur. Sadəcə, məşqçiyə komandanın hazırlıq səviyyəsini müəyyənləşdirmək vacib idi.

- "Xəzər Lənkəran" barədə nə deyə bilərsiniz?
- Döyüşkən komandadır. Birinci hissədə bizə problem yaratdılar. İkinci hissədə isə yoruldular. Yəqin ki, bu da onların ağır məşqlər keçməsindən irəli gəlir.

- Sizin dövrünüzlə müqayisədə "Xəzər Lənkəran"da nə dəyişib?
- Mən oynadığım dövrdə komandada təcrübəli futbolçular, legionerlər daha çox idi. İndi isə heyət gənclərdən təşkil olunub.

- Həmin "Xəzər Lənkəran" daha güclü idi?
- Mənə elə gəlir ki, hə. Biz o vaxt Azərbaycan kubokunu qazanmışdıq. Fiziki və taktiki cəhətdən daha hazırlıqlı idik.

- Lənkərandan ayrılandan sonra Azərbaycan klublarından sizi istəyən olmayıb?
- Xeyr, rəsmi təklif olmayıb.

- "Xəzər Lənkəran"dan təklif olsa, komandaya kömək etməyə gələrsiniz?
- Hə, yüz faiz. Orada çoxlu dostlarım var.

- Mirça Redniklə əlaqəniz var?
- Hə, bəzən danışırıq. O, hazırda "Petrolul"un baş məşqçisidir. Çox yaxşı məşqçidir. O, istənilən klubda uğur qazana bilər.

 

azerisport.az


Digər xəbərlər

Xəbər xətti