Dünyanın ən yüksək statuslu güləş hakimləri sırasında 3 azərbaycanlının da adı var

14:02 26 Yanvar 2015

Dünya Güləş Birliyi hakimlərlə bağlı qərarını açıqlayıb. Belə ki, ötən il keçirilən yarışlarda və hakimlik imtahanlarında göstərdiyi nəticələrə əsasən, 2015-ci il üçün hakimlik dərəcələri təyin olunub. Dünya Güləş Birliyinin siyahısında hakimlərimizdən bir neçəsinin dərəcəsində dəyişiklik baş verib. Belə ki, yüksək dərəcə alan ədalət təmsilçiləri arasında 3 hakimimiz var.

DGB-də davam edən islahatların nəticəsində olimpiya kateqoriyası «S»-lə əvəzlənib. Bu siyahıda ölkəmizi Hicran Şərifov və İntiqam Alıyev təmsil edir. Hicran Şərifov əvvəl də ən yüksək kateqoriyaya sahib idi və 2 dəfə Olimpiya oyunlarında iştirak edib. Gənc hakimimiz İntiqam Alıyev isə, ötən il Daşkənddə keçirilən dünya çempionatından sonra bir pillə yüksəlib.

DGB-nin imtahanından uğurla keçən digər hakimimiz isə, Asif Şirəliyevdir. O, ötən ilin iyununda Polşada keçirilmiş gənclərin Avropa çempionatında sınaqdan uğurlu çıxıb və I dərəcəyə yüksəlib. 

Yeni siyahıda Hüseynağa Əhmədovun statusu bir pillə aşağı enib. Milli dərəcəli hakim Elgün Məmmədov isə, III dərəcə hakimlik adı alıb. 
 

Digər hakimlərin statusunda isə dəyişiklik baş verməyib.


Digər xəbərlər

Xəbər xətti